Cümə, 10 May

"Kinder məhsulları ilə bağlı hər hansı həyəcan təbili yoxdur”

image

“Dünyada “Ferrero” şirkətinin kinder məhsulları ilə bağlı hər hansı həyəcan təbili yoxdur”.

Xəbər verilir ki, bunj jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, burada Belçikada istehsal olunan kinder məhsulu ilə bağlı həyəcan təbilindən söhbət gedir: 

“Ferrero” şirkəti tərəfindən Belçikada qeyd edilən dövrdə istehsal edilən kinderlərdə “Salmonella” bakteriyasının olması ilə bağlı şübhələr var. Azərbaycana da bəzi partiyalar gəlmişdi. Həmin partiyalar bizim tərəfimizdən ekspertiza edildi və onlarda bakteriya aşkar edilmədi. Nə Səhiyyə Nazirliyində, nə də bizdə belə məlumat var. Hazırda marketlərdə olan məhsullar o kateqoriyaya aid məhsullar deyil".

Q.Təhməzli qeyd edib ki, kinder bütün məhsullarını geri çağırmır. 

"Belçikada həmin dövrdə istehsal edilən kinderlərdən başqa digər partiyaların satışı davam edəcək.”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32